Almatıda terror aktının qarşısı alınıb | VİDEO

   Almatıda terror aktının qarşısı alınıb     | VİDEO
  28 Oktyabr 2025    Oxunub:620
2025-ci ilin sentyabrında Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) Almatıda hazırlıq mərhələsində beş xarici vətəndaş tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.
AzVision.az xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatına istinad edən Qazaxıstan mediası belə məlumat yayıb.

“Onların hamısı həbs edilib, araşdırma aparılır. İstintaqın gedişi ilə bağlı məlumat açıqlanmır”, - xəbərdə deyilir.

Bundan başqa, Qazaxıstan MTK bu ilin sentyabr-oktyabr aylarında ölkənin səkkiz vətəndaşının cinayət işlərində terrorizmi təbliğ etməkdə şübhəli bilinərək nəzarətə götürüldüyünü açıqlayıb.

Eyni zamanda, bu dövrdə terror və ekstremist xarakterli cinayətlər törətdiklərinə görə 6 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   terakt   həbs  



Xəbər lenti